Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı və digər ölkələrin neft istehsalını artırmağa razı olduğunu açıqlayıb.
Trend xəbər verir ki, bu barədə D.Tramp öz "Twitter" səhifəsində yazıb.
Prezident qeyd edib: "Mən neft axınlarının genişləndirilməsi ilə bağlı Səudiyyə Ərəbistanı və digərləri ilə danışdım. Hamı öz razılığını bildirdi".