...

Kanada və ABŞ polad və alüminium tədarükü ilə bağlı rüsumları ləğv edib

Dünya xəbərləri Materials 17 May 2019 23:50 (UTC +04:00)

Bakı. Trend:

Kanada ilə ABŞ polad və alüminium tədarükü ilə bağlı rüsumların 48 saat ərzində ləğv edilməsinə dair razılıq əldə ediblər.

Trend-in məlumatına görə, bu barədə tərəflərin birgə bəyanatında deyilir. Həmçinin Kanadanın ABŞ-ın bəzi məhsullarına cavab tarifləri ləğv edilib.

Məlumata əsasən, ABŞ və Kanada bu bəyannamənin verildiyi gündən iki gün gec olmayaraq, 232-ci maddəyə əsasən, Birləşmiş Ştatlar tərəfindən polad və alüminiuma tətbiq edilən bütün tarifləri və Kanada tərəfindən buna cavab olaraq tətbiq edilən bütün tarifləri ləğv etməyə razılıq verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti