Bakı. Trend:
Neft hasilatının azaldılmasına dair müqavilədə iştirak edən "OPEC +" ölkələri 2019-cu ilin aprelində -müqaviləni 168% yerinə yetiriblər (139% martda).
Trend xəbər verir ki, bu nəticələr texniki komitənin iclası zamanı açıqlanıb.
Qeyd edilib ki, apreldə ümumi səviyyə 168% təşkil edib.
"OPEC +" təşkilatının bütün üzv ölkələri 2019-cu ilin birinci yarısında neft hasilatının gündə 1,2 milyon barelə qədər azalmasına dair razılaşıb, bundan da 812 min barel "OPEC" ölkələrin, 383 min barel isə "qeyri OPEC" ölkələrin payına düşüb.