...

Burundidə mədən dağılıb: 9 ölü, 20 yaralı

Dünya xəbərləri Materials 20 May 2019 04:21 (UTC +04:00)
Burundidə koltan mineralının çıxarılması üzrə mədən dağılıb
Burundidə mədən dağılıb: 9 ölü, 20 yaralı

Bakı. Trend:

Burundidə koltan mineralının çıxarılması üzrə mədən dağılıb.

Trend-in "RFI" radiosunun Afrika bölməsinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 9 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.

Qeyd edilir ki, insident mayın 17-si baş verib, lakin insidentin baş verəmsi haqqında məlumat yalnız mayın 19-u daxil olub.

Bildirilir ki, mədən torpaq sürüşməsi nəticəsində dağılıb.

Xəbər lenti

Xəbər lenti