...

Türkiyədə yol qəzası baş verib: iki nəfər həlak olub

Dünya xəbərləri Materials 22 May 2019 05:50 (UTC +04:00)
Türkiyənin Adana vilayətində baş verən yol qəzası nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Türkiyədə yol qəzası baş verib: iki nəfər həlak olub

Bakı. Trend:

Türkiyənin Adana vilayətində baş verən yol qəzası nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, Tarsus-Adana-Qaziantep avtomagistralı üzrə hərəkət edən avtomobilin sürücüsü sükana nəzarəti itirib və nəticədə avtomobil uçuruma düşüb.

İki nəfər yaralı Çukurova Universitetinin Balcalı Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb.

Sürücü və digər bir sərnişin həlak olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti