...

Çində metro tikintisi zamanı qəza - 3 nəfər ölü

Dünya xəbərləri Materials 28 May 2019 10:34 (UTC +04:00)
Çinin şərqində Şandun vilayətində tikinti zamanı bədbəxt hadisə baş verib.
Çində metro tikintisi zamanı qəza - 3 nəfər ölü

Bakı. Trend:

Çinin şərqində Şandun vilayətində tikinti zamanı bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, Tsinadao şəhərində metro tikintisi zamanı uçqun olub. İnsident nəticəsində 3 nəfərin öldüyü, daha 2 nəfərin dağıntılar altında qaldığı bildirilir.

Hazırda ərazidə dağıntılar altında qalmış 2 fəhlənin axtarışları davam etdirilir.

Qəzanın hansı səbəbdən baş verməsi dəqiq məlum deyil. Faktla bağlı araşdırma başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti