Bakı. Trend:
Fransada "sarı jiletlər" hərəkatının ötən gün keçirilən növbəti aksiyasında təxminən 9,5 min insan iştirak edib.
Trend-in "BFMTV" telekanalına istinadən verdiyi məlumata görə, ölkənin paytaxtında aksiyada təxminən 1,5 min insan iştirak edib.
Ötən həftə keçirilən aksiyaya ölkə üzrə 12,5 min, paytaxtda isə 2,1 min etirazçı qoşulmuşdu.
Təşkilatçıların sözlərinə görə, isə Fransa üzrə aksiyalara 23,6 min insan qoşulub.