Bakı. Rufiz Hafizoğlu - Trend:
Suriyanın İdlib şəhərində Türkiyəyə məxsus patrul postuna hücum baş verib.
Trend-in məlumatına görə, post minaatanlardan atəşə tutulub.
Hücum nəticəsində 3 türk hərbçisi yaralanıb. Patrul postuna ciddi ziyan dəyib. Hərbçilər xəstəxanaya yerləşdirilib.
Hücumun kimlər tərəfindən həyata keçirildiyi barədə məlumat verilməyib.