...

Türkiyədə sel gəldi, ölənlər var

Dünya xəbərləri Materials 18 İyun 2019 09:45 (UTC +04:00)
Türkiyənin şərq hissəsində aramsız yağan yağışlar fəsadlara yol açıb.
Türkiyədə sel gəldi, ölənlər var

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin şərq hissəsində aramsız yağan yağışlar fəsadlara yol açıb. Trend-in məlumatına görə, yağışlar Ağrı vilayətində selə səbəb olub ki, 4 nəfər təbii fəlakətin qurbanı olub. Ölənlərdən 2-nin uşaq olduğu bildirilir.

Məlumata görə, sel yol və kənd təsərrüfatına da ciddi ziyan vurub.

Qeyd edək ki, sonuncu dəfə Ankarada aramsız yağan yağışlar nəticəsində 3 nəfər dünyasını dəyişmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti