...

İndoneziyada sərnişin gəmisi batdı - 17 nəfər boğuldu

Dünya xəbərləri Materials 18 İyun 2019 12:24 (UTC +04:00)
İndoneziyanın Yava adasının sahillərində sərnişin gəmisi batıb.
İndoneziyada sərnişin gəmisi batdı - 17 nəfər boğuldu

Bakı. Trend:

İndoneziyanın Yava adasının sahillərində sərnişin gəmisi batıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 17 nəfərin həlak olduğu bildirilir. Bir nəfərin isə itkin düşdüyü qeyd olunur.

Məlumata görə, gəmidə olan digər 39 nəfər xilas edilib.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Gəminin hansı səbəbdən batması isə hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti