...

Tbilisidə 300-dən çox şəxs saxlanılıb

Dünya xəbərləri Materials 21 İyun 2019 17:08 (UTC +04:00)
Tbilisidə ötən gün parlament qarşısında keçirilmiş etiraz aksiyaları nəticəsində 305 nəfər saxlanılıb
Tbilisidə 300-dən çox şəxs saxlanılıb

Bakı. Trend

Tbilisidə ötən gün parlament qarşısında keçirilmiş etiraz aksiyaları nəticəsində 305 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, bunu Gürcüstanın Daxili İşlər Nazirliyi bildirib.

Bundan başqa, toqquşmalarda 240 nəfərin yaralandığı deyilir.

Müxalifət partiyaları bu gün axşam saatlarında növbəti etiraz aksiyasının keçiriləcəyini elan edib.

Qeyd edək ki, etirazlar fonunda Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze bu gün istefa verib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti