...

Ukraynada An-2 təyyarəsi qəza enişi edib, yaralılar var

Dünya xəbərləri Materials 23 İyun 2019 22:34 (UTC +04:00)
Ukraynanın Poltava vilayətində yüngül mühərrikli təyyarə qəza enişi edib
Ukraynada An-2 təyyarəsi qəza enişi edib, yaralılar var

Bakı. Trend:

Ukraynanın Poltava vilayətində yüngül mühərrikli təyyarə qəza enişi edib.

Trend-in məlumatına görə, bu barədə Lenta.ru saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, qəza enişi edən təyyarədə daha sonra yanğın başlayıb.

Bildirilir ki, hadisə 23 iyun bazar günü yerli vaxtla təxminən saat 10: 00-da Loxvitskiy rayonunun Mlynı kəndi yaxınlığında baş verib.

Qəza nəticəsində iki nəfər yaralanıb, yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti