...

İranda təyyarə təcili eniş etdi

Dünya xəbərləri Materials 6 İyul 2019 15:56 (UTC +04:00)
İranın Sari şəhərindən Bəndər Abbas istiqamətində uçan təyyarə texniki nasazlığa görə Yəzd vilayətinin Şəhid Səduqi aeroportunda təcili eniş edib.
İranda təyyarə təcili eniş etdi

Bakı. Elnur Bağışov - Trend:

İranın Sari şəhərindən Bəndər Abbas istiqamətində uçan təyyarə texniki nasazlığa görə Yəzd vilayətinin Şəhid Səduqi aeroportunda təcili eniş edib.

Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayəti aeroportlarının baş direktoru Sədulla Vətənxah deyib.

S.Vətənxahın sözlərinə görə, QeshmAir hava yolları şirkətinə məxsus Fokker 100 sərnişin təyyarəsinin motorunda yanğın baş verib.

Təyyarədə olan 78 sərnişinin xəsarət almadığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti