...

Çin dağlarında güclü yağışlar nəticəsində 9 nəfər həyatını itirib

Dünya xəbərləri Materials 5 Avqust 2019 08:34 (UTC +04:00)
Çinin Hubey mərkəzi vilayətində güclü yağışın səbəb olduğu dağ çayların daşması nəticəsində 9 nəfər həlak olub
Çin dağlarında güclü yağışlar nəticəsində 9 nəfər həyatını itirib

Bakı. Trend:

Çinin Hubey mərkəzi vilayətində güclü yağışın səbəb olduğu dağ çaylarının daşması nəticəsində 9 nəfər həlak olub, daha dörd nəfər isə itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi bildirib.

Məlumata əsasən, hadisə avqustun 4-də yerli vaxtla saat 23:00-da baş verib. Həmin vaxtda güclü yağıntılar nəticəsində onlarla insan dağlıq dərəsinə düşüblər.

Hadisə yerinə 14 avtomobil və qəza-xilasetmə xidmətinin 60-dan çox əməkdaşı cəlb edilib. Axtarış işləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti