Bakı. Trend:
Haiti Respublikasında baş verən yol qəzasında azı 11 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Trend-in məlumatına görə, qəza, ölkənin qərbindəki Grand Anse ərazisində qeyd alınıb.
İnsanları daşıyan yük maşınının sürücüsü idarəetməni itirib, nəticədə avtomobil çevrilib. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Ölkə polisi hadisəni araşdırır.