...

ABŞ-ın Rusiyadakı səfiri istefaya gedir

Dünya xəbərləri Materials 7 Avqust 2019 04:28 (UTC +04:00)
ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman prezident Donald Trampa istefa istəyi ilə məktub göndərib
ABŞ-ın Rusiyadakı səfiri istefaya gedir

Bakı. Trend:

ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman prezident Donald Trampa istefa istəyi ilə məktub göndərib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, məktub səfirin qardaşı Pol Hantsmanın rəhbəri olduğu "The Salt Lake Tribune" qəzetində yerləşdirilib.

Qeyd edilir ki, C.Hantsman oktyabr ayında öz doğma Yuta ştatına qayıdacaq və qubernator seçkilərində namizəd olacaq.

Bundan əlavə, ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Con Hantsmanın istefaya gedəcəyini təsdiq edib: "Mən təsdiq edə bilərəm ki, o, səfirin göndərdiyi məktubdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti