...

Ərdoğan Tramp ilə Suriyanın şimalındakı vəziyyəti müzakirə etmək niyyətindədir

Dünya xəbərləri Materials 24 Avqust 2019 00:35 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı Suriyanın şimal-qərbindəki vəziyyəti müzakirə etmək niyyətində olduğunu söyləyib
Ərdoğan Tramp ilə Suriyanın şimalındakı vəziyyəti müzakirə etmək niyyətindədir

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə yaxın günlərdə telefon danışığı zamanı Suriyanın şimal-qərbindəki vəziyyəti müzakirə etmək niyyətində olduğunu söyləyib.

Trend-in məlumatına görə, bunu Türkiyə lideri bu gün Ədalət və İnkişaf Partiyasının qurulmasının 18-ci il dönümünə həsr olunmuş mərasimdə deyib.

Ərdoğan əlavə edib ki, Türkiyənin cənub sərhədi boyunca Suriyanın şimalında "sülh zonası" yaratmaq niyyətindədir.

Qeyd edək ki, avqustun 23-də Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti ilə telefon danışığı zamanı Suriya Konstitusiya Komitəsinin yaradılması və fəaliyyətə başlamasını müzakirə etdiyini bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti