...

Meksikada 173 qeyri-leqal miqrant saxlanılıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2019 08:14 (UTC +04:00)
Meksikanın Miqrasiya Xidməti tərəfindən Tabasko ştatında miqrantları daşıyan yük maşını saxlanılıb
Meksikada 173 qeyri-leqal miqrant saxlanılıb

Bakı. Trend:

Meksikanın Miqrasiya Xidməti tərəfindən Tabasko ştatında miqrantları daşıyan yük maşını saxlanılıb.

Trend-in məlumatına görə, ABŞ ilə sərhədə gedən yük maşınında 65-i uşaq olmaqla 173 qeyri-leqal miqrant aşkar edilib.

Bildirilir ki, saxlanılanlar arasında Qvatemala, Honduras, Salvador və Kuba vətəndaşları olub. Onların hamısı Tabasko ştatının miqrasiya xidmətinə aparılıb.

Yük maşınının sürücüsünə qarşı insan alveri ilə məşğul olma ittihamı irəli sürülə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti