Bakı. Trend:
Çin hakimiyyəti ticarət danışıqlarının yeni raundundan öncə ABŞ tərəfinə onlardan az miqdarda kənd təsərrüfatı malları almağı təklif edib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Çinin təklifi ABŞ tərəfinin "Huawei" şirkəti üçün ixrac məhdudiyyətlərini azaltması və ya oktyabrın 1-dən Çin mallarına təyin ediləcək rüsumun daha gec bir müddətə keçirilməsi nəticəsində həyata keçirilə bilər.
Daha əvvəl bildirilirdi ki, Çinin baş nazirinin müavini Lyu Xe ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ticarət nümayəndəsi Robert Laythayzerə telefonla zəng edib. Telefon danışığı zamanı tərəflər ticarət danışıqlarının yeni raundunun oktyabr ayının əvvəlində Vaşinqtonda keçirilməsi üzrə razılığa gəliblər.