Bakı. Trend:
Əfqanıstanın Pərvan əyalətində Prezident Əşrəf Qəninin seçki kampaniyası çərçivəsində çıxışı zamanı partlayış törədilib.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 24 nəfər həlak olub, 30-dan çox yaralı var.
Hadisənin Prezidentin tərəfdarlarının olduğu yerdən hansı məsafədə baş verdiyi bildirilmir.
Partlayışla bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.