...

İranda zəlzələ oldu - Yaralananlar var

Dünya xəbərləri Materials 18 Sentyabr 2019 10:04 (UTC +04:00)
İranın qərbində yerləşən Kürdüstan vilayətində zəlzələ nəticəsində 2 nəfər xəsarət alıb.
İranda zəlzələ oldu - Yaralananlar var

Bakı. Elnur Bağışov - Trend:

İranın qərbində yerləşən Kürdüstan vilayətində zəlzələ nəticəsində 2 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bunu İranın Kürdüstan vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Məhəmməd Fəllahi Fars informasiya agentliyinə açıqlamasında deyib.

M.Fəllahinin sözlərinə görə, ötən gecə yerli vaxtla 23:59-da 4,4 və 02:17-də 3,4 bal gücündə vilayətin Sərvabad rayonunda zəlzələ baş verib.

Baş direktor əlavə edib ki, bütün xilasetmə orqanları hazır vəziyyətə gətirilib.

Zəlzələ Sərvabad rayonunun 12 kilometrliyində 10 km dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, son bir neçə gündə İranın bir sıra vilayətlərində 4 baldan yuxarı zəlzələlər baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti