Bakı. Trend:
ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən atışma nəticəsində bir nəfər ölüb.
Trend-in məlumatına görə, hadisə nəticəsində altı nəfər güllə yarası alıb.
Daha sonra onlardan biri dünyasını dəyişib, qalan beş nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə yerli xəstəxanlara yerləşdirilib.
Bildirilir ki, hazırda polis atışmanın səbəblərini təyin edə bilməyib.