...

Texasda "İmelda" fırtınası qurbanlarının sayı 4 nəfərə çatıb

Dünya xəbərləri Materials 21 Sentyabr 2019 08:41 (UTC +04:00)
Dörd nəfər ABŞ-ın Texas ştatında güclü sel yağışlarına səbəb olan İmelda fırtınasının qurbanı olublar
Texasda "İmelda" fırtınası qurbanlarının sayı 4 nəfərə çatıb

Bakı. Trend:

Dörd nəfər ABŞ-ın Texas ştatında güclü sel yağışlarına səbəb olan İmelda fırtınasının qurbanı olub.

Trend-in məlumatına görə, ölənlərdən ikisinin cəsədi öz maşınlarında tapılıb. Bölgədən ən azı 1.7 min insan təxliyə edilib.

Qeyd edək ki, Texas ştatının icra başçısı 13 vilayətdə fövqəladə vəziyyət elan edib. Hyuston hava limanları əlverişsiz hava şəraiti ilə əlaqədar 900-dən çox uçuşu təxirə salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti