...

Geoloqlar Palatası: İzmirdə 7 bal gücündə zəlzələ ola bilər

Dünya xəbərləri Materials 1 Oktyabr 2019 20:19 (UTC +04:00)
Türkiyənin İzmir vilayətində Rixter cədvəli ilə 7 bal gücündə zəlzələ ola bilər
Geoloqlar Palatası: İzmirdə 7 bal gücündə zəlzələ ola bilər

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İzmir vilayətində Rixter cədvəli ilə 7 bal gücündə zəlzələ ola bilər.

Trend-in məlumatına görə, bunu Türkiyə Geoloqlar Palatasının baş geoloqu Alim Murathan deyib.

Onun sözlərinə görə, İzmir də İstanbul kimi seysmik fəal zonada yerləşir.

A.Murathan bildirib ki, İzmir sakinlərini zəlzələ baş verən zaman atılacaq addımlar barədə məlumatlandırmaq lazımdır.

Qeyd edək ki, bir müddət əvvəl İstanbulda 6 bala yaxın zəlzələ baş vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti