...

Türkiyə Suriyanın şimalında SDF bazasına zərbələr endirib

Dünya xəbərləri Materials 8 Oktyabr 2019 01:39 (UTC +04:00)
Türkiyə aviasiyası Suriya Demokratik Qüvvələrinin (SDF) Haseke vilayətindəki bazasına zərbələr endiri
Türkiyə Suriyanın şimalında SDF bazasına zərbələr endirib

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə aviasiyası Suriya Demokratik Qüvvələrinin (SDF) Haseke vilayətindəki bazasına zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə "al-Mayadeen" telekanalı bildirib.

Məlumata əsasən, Türk təyyarələri Suriyanın şimal-şərqindəki Haseke vilayətindəki Əl-Malikiya şəhəri ətrafında kürd qüvvələrinin qərargahına hücum edib.

Zərbələr nəticəsində qurbanlar barədə məlumat verilməyib.

Suriyanın dövlət kanalı Ikhbariya Türkiyənin Əl-Malikinin yaxınlığındakı Tell-Tavil kəndində yerləşən SDF qüvvələrinə qarşı hücum etdiyini də bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti