Bakı. Trend:
"Brexit" üzrə danışıqlarda irəliləyiş yoxdur.
Trend-in məlumatına görə, bunu Avropa Parlamentinin sədri David Sassoli Birləşmiş Krallığının baş naziri Boris Conson ilə görüşünün yekunları üzrə deyib.
D.Sassoli bildirib: "Mən bura danışıqları irəli apara biləcək təklifləri eşitmək ümidi ilə gəlmişdim. Lakin mən qeyd etməliyəm ki, irəliləyiş yoxdur".