...

Türkiyə SQ Suriyada 399 PKK terrorçusunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 12 Oktyabr 2019 02:16 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında "Sülh bulağı" əməliyyatı çərçicəsində 399 PKK terrorçusunu zərərsizləşdiriblər
Türkiyə SQ Suriyada 399 PKK terrorçusunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında "Sülh bulağı" əməliyyatı çərçicəsində 399 PKK terrorçusunu zərərsizləşdiriblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilib.

Məlumatda deyilir: "Fərat çayının şərqində uğurla davam edən "Sülh bulağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən PKK/PYD terrorçularının sayı 399 nəfər çatıb".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti