...

Çində neft zavodunda partlayış - Ölən, yaralanan və itənlər var

Dünya xəbərləri Materials 28 Oktyabr 2019 09:40 (UTC +04:00)
Çinin şimal-qərbindəki Şensi vilayətində neft zavodunda partlayış baş verib
Çində neft zavodunda partlayış - Ölən, yaralanan və itənlər var

Bakı. Trend:

Çinin şimal-qərbindəki Şensi vilayətində neft zavodunda partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində 5 nəfərin öldüyü, daha 5 nəfərin yaralandığı bildirilir. 3 nəfərin isə itkin düşdüyü deyilir.

Bildirilir ki, partlayış "Yangcheng Oil Field" şirkətinin həyətində baş verib. Partlayış nəqliyyat vasitəsinə quraşdırılan test qurğusunda qeydə alınıb.

Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir. Partlayış dalğasında itkin düşənlərin isə axtarışı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti