...

Braziliya hakimiyyəti "BRIKS" zirvəsini qorumaq üçün paytaxta əsgər göndərəcək

Dünya xəbərləri Materials 8 Noyabr 2019 07:50 (UTC +04:00)

Bakı, Trend:

Braziliya hökuməti 11-ci "BRIKS" zirvəsinin təhlükəsizliyini təmin etmək üçün gələn həftə paytaxtda ordu hissələrini yerləşdirəcəkdir.

Trend-in məlumatına görə, Braziliya ali məhkəməsinin sədri Antonio Dias iclasda deyib: "Silahlı qüvvələrin istifadəsi Noyabrın 1-dən 15-dək "BRIKS" sammitində iştirak edən dövlət və hökumət başçılarının təhlükəsizliyini təmin etmək üçün icazə verildi".

Bildirilirki, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası rəhbərlərinin iştirakı ilə "BRIKS" sammiti 13-14 noyabr tarixlərində, ölkənin xarici işlər nazirliyinin qərargahında, Itamarati sarayında keçiriləcəkdir. Sammitdə "BRIKS" biznes forumunun tədbirləri və bir sıra ikitərəfli sammitlər də yer alacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti