...

İt mikrodalğalı sobanı işə saldı - Evi yandırdı

Dünya xəbərləri Materials 4 Dekabr 2019 17:23 (UTC +04:00)
Böyük Britaniyanın Esseks qraflığında it evdə yanğına səbəb olub.
İt mikrodalğalı sobanı işə saldı - Evi yandırdı

Bakı. Trend:

Böyük Britaniyanın Esseks qraflığında it evdə yanğına səbəb olub.

Trend-in məlumatına görə, haski cinsindən olan it mətbəxdə mikrodalğalı sobanı təsadüfən işə salıb.

Nəticədə sobanın içində qalan kökələr tüstüləməyə başlayıb və yanğına səbəb olub.

Ev sahibi yanğın barədə smartfona quraşdırılan proqram sayəsində xəbər tutub.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının digər otaqlara keçmədiyini müəyyən edib. Yanğının qarşısı qısa müddətdə alınıb. İtə ziyan dəyməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti