...

Yeni Zelandiya sahillərində güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 18 Dekabr 2019 08:42 (UTC +04:00)

Bakı. Trend:

Yeni Zelandiyanın Raul adasının sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib (USGS).

Məlumata əsasən, zəlzələ "UTC" vaxtı ilə saat 01:56-da qeydə alınıb. Yeraltı təkanların episentri adanın şəhərindən 80 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti