Bakı. Trend:
Liviyanın Milli Razılıq Hökuməti rəsmi olaraq Türkiyədən hərbi yardım istəyib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu "Sky News Arabia" telekanalına Liviya hökümətindəki mənbə deyib.
Mənbənin sözlərinə görə, Milli Razılıq Hökuməti Türkiyədən "quruda, dənizdə və havada" dəstək istəyib.
"Al Arabiya" telekanalının məlumatına əsasən, Tripoli Ankaradan həmçinin hava hücumundan müdafiə kompleksləri də istəyib.