Bakı. Trend:
Burkina Fasoda yol kənarındakı bomba partlayışı nəticəsində 14 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi bildirib.
Məlumata əsasən, hadisə Burkina Fasonun cənub-qərbində yerləşən Suru vilayətinin Toeni departamentində baş verib.
Tom şəhərinə gedən tələbələrin olduğu avtobus yol kənarındakı bomba üzərinə çıxıb:
"On dörd nəfər həlak olub, dörd nəfər yaralanıb".