...

Xorvatiyada prezident seçkilərinin ikinci turu keçirilir

Dünya xəbərləri Materials 5 Yanvar 2020 12:15 (UTC +04:00)
Xorvatiyada yerli vaxtla saat 07:00-da prezident seçkilərinin ikinci turu başlayıb
Xorvatiyada prezident seçkilərinin ikinci turu keçirilir

Bakı. Trend:

Xorvatiyada yerli vaxtla saat 07:00-da prezident seçkilərinin ikinci turu başlayıb.

Trend-in məlumatına görə, ölkə daxilində və xaricində 6,5 mindən artıq seçki məntəqəsi açılıb. Seçkilərdə səsvermə yerli vaxtla saat 19:00-a qədər davam edəcək.

Xorvatiyanın Dövlət Seçki Komissiyasının məlumatına əsasən, bu seçkilərdə 3,85 milyondan artıq seçici səsvermə hüququna malikdir. Ölkənin əhalisi 4,1 milyon insan təşkil edir.

Ölkə vətəndaşları ikinci tura keçən iki namizəddən birinə səs verməlidirlər.

Qeyd edək ki, ötən il dekabrın 22-si keçirilən birinci turun nəticələrinə əsasən, ikinci tura hazırkı prezident Kolinda Qrabar-Kitaroviç və sabiq baş nazir Zoran Milanoviç keçiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti