...

Yəməndə naməlum şəxs məsciddə insanları güllələdi

Dünya xəbərləri Materials 14 Yanvar 2020 22:20 (UTC +04:00)
Bu gün Yəmənin Abyan vilayətində Lyurd məscidində ibadət edən insanlar naməlum şəxs tərəfindən güllələnib
Yəməndə naməlum şəxs məsciddə insanları güllələdi

Bakı. Trend:

Bu gün Yəmənin Abyan vilayətində Lyurd məscidində ibadət edən insanlar naməlum şəxs tərəfindən güllələnib.

Trend-in məlumatına görə, bu barədə "Əl-Ərabiya" telekanalı bildirib.

Məlumata əsasən, hadisə nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bildirilib ki, ölənlər arasında - məscidin imamı və qatilin atası olub. Daha sonra o, çaxnaşmadan istifadə edərək qaçıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti