...

Əfsanəvi amerikalı basketbolçu helikopter qəzasinda həlak olub

Dünya xəbərləri Materials 27 Yanvar 2020 03:11 (UTC +04:00)
Qəza nəticəsində ümumilikdə 5 nəfər ölüb
Əfsanəvi amerikalı basketbolçu helikopter qəzasinda həlak olub

Bakı. Trend:

Los Anjelesdə dünyanın ən məhşur basketbolçularından olan 41 yaşlı K.Brayant və 13 yaşlı qızı qəzaya uğrayan helikopterdə həlak olublar.

Trend-in məlumatına görə, qəza nəticəsində ümumilikdə 5 nəfər ölüb.

Kobe Brayant Amerika Milli Basketbol Assosiasiyasının (NBA) əfsanələrindən olub və "Los Angeles Leykers" komandasını təmsil edib.

Qeyd edək ki, NBA tarixinin ən güclü basketbolçularından olmuş "Qara mamba" ləqəbli K.Brayant Afina (2004) və London (2012) olimpiadalarının, eləcə də FIBA Amerika çempionatının (2007) qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti