...

İranın şimalında böyük meşə ərazisi yanıb

Dünya xəbərləri Materials 8 Fevral 2020 13:15 (UTC +04:00)
İranın şimalında yerləşən Gilan vilayətində ötən bir neçə gün ərzində təxmini hesablamalara əsasən 104 hektar meşə ərazisi yanıb
İranın şimalında böyük meşə ərazisi yanıb

Bakı. Elnur Bağışov - Trend:

İranın şimalında yerləşən Gilan vilayətində ötən bir neçə gün ərzində təxmini hesablamalara əsasən 104 hektar meşə ərazisi yanıb.

Trend-in məlumatına görə, bunu İranın Gilan vilayətinin Təbii Ehtiyatların Mühafizəsi İdarəsinin rəisi Məhəmməd Qurbani Lord IRNA-ya açıqlamasında deyib.

M.Qurbani Lordun sözlərinə görə, Gilan vilayətinin müxtəlif rayonlarında meşə ərazilərində 52 yanğın halı qeydə alınıb və yanğınların 99%-i cüzi olub.

Qurbani Lord əlavə edib ki, hazırda Rudbar və Siyahkəl rayonlarının meşəlikləri istisna olmaqla qalan rayonlarda yanğın söndürülüb.

İdarə rəsmisi bildirib ki, yanğınsöndürmə əməliyyatında əlaqədar qüvvələr və əhali iştirak edir.

Qeyd edək ki, 7 fevraldan İranın şimalında Gilan vilayətinin Talış, Rizvanşəhr, Rudbar, Siyahkəl və digər rayonlarında güclü meşə yanğınları baş verib və güclü külək yanğının yayılmasına səbəb olub.

İranın Gilan vilayətində 565 min hektar meşə ərazisi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti