...

Qəzza zolağından İsrail ərazisinə raket atılıb

Dünya xəbərləri Materials 8 Fevral 2020 23:21 (UTC +04:00)
Xəsarət alanlar barədə məlumat yoxdur
Qəzza zolağından İsrail ərazisinə raket atılıb

Bakı. Trend:

Qəzza zolağından İsrail ərazisinə raket atılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumaat görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, raket sərhəd yaxınlığında yaşayış olmayan əraziyə düşüb. Xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, bundan əvvəl İsrail ərazisi Qəzza zolağından fevralın 1-i raket atəşinə tutulub. Buna cavab olaraq İsrail ordusunun qırıcı təyyarələri və helikopterləri Həmasın bir neçə mövqeyini bombalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti