...

Kalın Türkiyənin İdlibdəki səylərinin əsas məqsədini açıqladı

Dünya xəbərləri Materials 18 Fevral 2020 22:15 (UTC +04:00)
Türkiyənin İdlibdəki səylərinin əsas məqsədi Soçi Memorandumunun şərtlərinin yerinə yetirilməsinə qayıtmaqdır
Kalın Türkiyənin İdlibdəki səylərinin əsas məqsədini açıqladı

Bakı. Trend:

Türkiyənin İdlibdəki səylərinin əsas məqsədi Soçi Memorandumunun şərtlərinin yerinə yetirilməsinə qayıtmaqdır.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

İ.Kalın qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki müşahidə postları köçürülməyəcək. Onun sözlərinə görə, bölgənin mülki əhalisini qorumaq üçün Ankara İdlibə hərbçilər və texnika göndərməyə davam edəcək.

Mətbuat katibi vurğulayıb ki, İdlib deeskalasiya zonasında xidmət edən Türkiyə hərbçilərinə qarşı hər hansı bir təxribatın qarşısı ən qətiyyətli şəkildə alınacaq.

İdlibdə vəziyyətin nizamlanması üzrə Türkiyə-Rusiya danışıqlarını şərh edən İ.Kalın bildirib: "Danışıqlar hələki bizi qane edə biləcək heç bir nəticə verməyib. Biz təklif olunan sənədləri və xəritələri rədd etdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti