...

Hindistanda vətəndaşlıq haqqında qanuna etirazlarda 7 nəfər ölüb

Dünya xəbərləri Materials 25 Fevral 2020 12:20 (UTC +04:00)
Hindistanın paytaxtı Dehlidə vətəndaşlıq haqqında qanuna edələn dəyişikliklərlə əlaqədar başlayan etiraz aksiyalarında 7 nəfər həlak olub
Hindistanda vətəndaşlıq haqqında qanuna etirazlarda 7 nəfər ölüb

Bakı. Trend:

Hindistanın paytaxtı Dehlidə vətəndaşlıq haqqında qanuna edilən dəyişikliklərlə əlaqədar başlayan etiraz aksiyalarında 7 nəfər həlak olub.

Trend-in məlumatına görə, etirazlar ABŞ Prezidenti Donald Trampın səfəri ərəfəsində başlayıb.

Aksiya zamanı avtomobillər yandırılıb, polislə etirazçılar arasında toqquşma baş verib.

Toqquşmalar nəticəsində azı 90 nəfər xəsarət alıb.

Qeyd edək ki, vətəndaşlıq haqqında qanuna edilən dəyişikliklərə əsasən, qonşu ölkələrdən Hindistana gələn müsəlman olmayan qaçqınlar sadələşdirilmiş qaydada vətəndaşlıq ala biləcək. Bu qərar müsəlman hindlilər tərəfindən qəzəblə qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti