Bakı. Trend:
Hindistan 2024-cü ilədək ümumdaxili məhsul istehsalının həcmini 5 trilyon dollara çatdırmağı planlaşdırır.
Hindistanın iqtisadiyyatını Trend-ə şərh edən Hindistanın ölkəmizdəki səfiri B.Vanlalvavna qeyd edir ki, dünyanın 5-ci ən böyük iqtisadiyyatı olan Hindistan 2024-cü ilədək ümumdaxili məhsul istehsalının həcmini 5 trilyon dollara çatdırmağı planlaşdırır.
Hindistan iqtisadiyyatı həyata keçirilən davamlı struktur islahatlar, cilovlanan infilyasiya və sürətli inkişafla güclü qalmağa davam edir.
2019-cu ilin sonuna olan məlumata görə, ölkə 457,5 milyard dollarlıq valyuta ehtiyatlarına sahibdir. Səfir qeyd edir ki, Hindistanın Maliyyə Nazirliyi "Yaşayış rahatlığı" ili elan edilmiş 2020-2021-ci büdcə ili üçün bir sıra təkliflər irəli sürüb. "Aqrar təsərrüfatda, suvarma və kəndlərin inkişafı sahəsində icra olunacaq 16 fəaliyyət üçün büdcədən 28,18 milyard, səhiyyə sektoruna ayrılan vəsait 9,72 milyard, təhsil sektoruna isə 13,99 milyard dollar ayrılıb" deyən səfirin sözlərinə görə, 2020-2021-ci il üçün Hindistanın dövlət büdcəsindən, sənaye və ticarətin inkişafı və təşviqi üçün 3,85 milyard dolların ayrılacaq. Beş yeni "Ağıllı şəhər" proqramının Dövlət Şəxsi Tərəfdaşlığı müstəvisində hökumətlə birlikdə hazırlanması təklif edilib. Növbəti beş il ərzində infrastruktur sahəsinə investisiyaların 1,4 trilyon dollara çatacağı gözlənilir və 2024-cü ilədək "Udaan" Sxemini dəstəkləmək üçün daha 100 hava limanının tikilməsi və yenidən qurulması gözlənilir. Bundan əlavə, dövlət büdcəsindən qida sənayesi ilə bağlı 5,01 milyard dollar, qadınlara məxsus proqramlar üçün isə 4,03 milyard dollar ayrılıb. Büdcə orta sinif vergi ödəyicilərinə əhəmiyyətli dərəcədə rahatlıq verib və bununla da alıcılıq qabiliyyətinin yüksələcəyi güman edilir.
İnvestisiyanı təşviq etmək üçün, büdcə ictimai sektora aid banklarda şəffaflıq və daha yüksək peşəkarlıq gətirilməsini təklif edir. Hazırda dövlətə məxsus bəzi qiymətli kağızlar da xarici investorlar üçün açıq olacaq. Büdcə, dərman, avtomobil hissələri və digər sektorlar üçün Mikro, Kiçik və Orta Müəssisələrin (MSME) ixracının təşviqi üçün 140 milyon dollar məbləğində sxem hazırlanıb.