...

ABŞ-da koronavirusa yoluxanların sayı niyə azdır? - Tramp

Dünya xəbərləri Materials 5 Mart 2020 11:14 (UTC +04:00)
ABŞ Çinlə sərhədləri vaxtında bağladığı üçün ölkədə koronavirusa yoluxanların sayı azdır
ABŞ-da koronavirusa yoluxanların sayı niyə azdır? - Tramp

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ Çinlə sərhədləri vaxtında bağladığı üçün ölkədə koronavirusa yoluxanların sayı azdır.

Trend-in məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp “Fox” telekanalına müsahibəsində deyib.

O bildirib ki, administrasiyada işləyən şəxslər sərhədləri bağlamamağı tövsiyə etsə də, bu addımı atıb:

“Mənə verilən tövsiyələrə baxmayaraq, mən Çinlə sərhədləri bağladım və göründüyü kimi, bu, müdrik qərar oldu. Digər ölkələrlə müqayisədə bizdə yoluxanların sayı azdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti