Bakı. Trend:
Türkiyənin Kocaeli vilayətində 3 minik avtomobili və 3 yük maşını toqquşub.
Trend-in məlumatına görə, qəza nəticəsində 7 nəfər yaralanıb. Hadisə yerli vaxtla təxminən saat 17:00 radələrində baş verib.
Hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım briqadaları cəlb edilib.
Hadisə yerinə gələn briqadalar yaralıları avtomobillərdən çıxarıb. Onlar ən yaxın xəstəxanalara yerləşdiriliblər.