...

Çində koronavirusdan ölənlərin sayı 3119 nəfərə çatdı

Dünya xəbərləri Materials 9 Mart 2020 05:12 (UTC +04:00)
Ötən sutka ərzində 40 yeni yoluxma halı qeydə alınıb
Çində koronavirusdan ölənlərin sayı 3119 nəfərə çatdı

Bakı. Trend:

Çində yeni növ COVİD-19 koronavirusundan ölənlərin sayı 3119, sağalanların sayı isə 58600 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Çinin Səhiyyə məsələləri üzrə Komitəsindən bildiriblər.

Bildirilir ki, ötən sutka ərzində Çində 40 yeni yoluxma, 22 ölüm halı qeydə alınıb, 1535 nəfər isə sağalıb.

Çində yeni koronavirusa ümumilikdə 80735 nəfər yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti