Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində 63 nəfər yeni koronavirus (COVID-19) nəticəsində dünyasını dəyişib.
Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verir.
Nazirliyin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpurun sözlərinə görə, İranda ümumilikdə bu virus nəticəsində ölənlərin sayı 354 nəfərə çatıb.
Nazirlik rəsmisi İranda yeni koronavirusa yoluxanların sayının 9 min nəfərə yüksəldiyini deyib.
Cahanpur əlavə edib ki, ötən sutka ərzində 958 nəfər bu virusa yoluxub. Ümumilikdə isə bu günə qədər 2 959 nəfər sağalıb.
Sıra |
Vilayət adı |
Yoluxma halı (nəfər) |
1 |
Tehran |
2 370 |
2 |
Qum |
804 |
3 |
Gilan |
529 |
4 |
İsfahan |
788 |
5 |
Əlborz |
384 |
6 |
Mazandaran |
918 |
7 |
Mərkəzi |
447 |
8 |
Qəzvin |
284 |
9 |
Simnan |
284 |
10 |
Gülüstan |
188 |
11 |
Rəzəvi Xorasanı |
256 |
12 |
Fars |
170 |
13 |
Lorestan |
185 |
14 |
Şərqi Azərbaycan |
175 |
15 |
Xuzistan |
127 |
16 |
Yəzd |
150 |
17 |
Zəncan |
99 |
18 |
Kürdüstan |
84 |
19 |
Ərdəbil |
92 |
20 |
Kirmanşah |
59 |
21 |
Kirman |
58 |
22 |
Həmədan |
84 |
23 |
Sistan və Bəluçestan |
44 |
24 |
Hörmüzqan |
79 |
25 |
Cənubi Xorasan |
66 |
26 |
Şimali Xorasan |
45 |
27 |
Çahar-Mahal və Bəxtiyari |
38 |
28 |
İlam |
62 |
29 |
Qərbi Azərbaycan |
100 |
30 |
Kohgiluyə və Buyir- Əhməd |
11 |
31 |
Buşehr |
18 |