...

İtaliyada koronavirus qurbanlarının sayı min nəfəri keçib

Dünya xəbərləri Materials 13 Mart 2020 00:44 (UTC +04:00)
İtaliyada sutka ərzində ümumi yoluxma hadisələrinin sayı 3 minə yaxın artıb, ölənlərin sayı 1000 nəfəri keçib
İtaliyada koronavirus qurbanlarının sayı min nəfəri keçib

Bakı. Trend:

İtaliyada sutka ərzində ümumi yoluxma hadisələrinin sayı 3 minə yaxın artıb, ölənlərin sayı 1000 nəfəri keçib.

Trend-in məlumatına görə, bu barədə İtaliyanın Mülki Müdafiə başçısı Anjelo Borrelli bildirib.

A.Borrelli deyib ki, bu gün ölkədə 213 nəfər sağalıb, onların sayı 1258-ə çatıb:

"Biz, həmçinin 188 ölüm hadisəsini qeyd etdik".

Beləliklə, İtaliyada ölənlərin sayı mini keçib.

Onun sözlərinə görə, ölən və sağalanlar da daxil olmaqla, yoluxma hallarının ümumi sayı 15 mini keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti