Bakı. Trend:
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında 8 PKK terrorçusunu zərərsizləşdiriblər.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyat Metina rayonunda həyata keçirilib.
Qeyd edilir ki, İraqda əməliyyatlar davam etdirilir.