...

İspaniya koronavirusa yoluxanların sayına görə Çini keçdi

Dünya xəbərləri Materials 30 Mart 2020 14:34 (UTC +04:00)
İspaniya koronavirusa yoluxma sayına görə Çini keçib
İspaniya koronavirusa yoluxanların sayına görə Çini keçdi

Bakı. Trend:

İspaniya koronavirusa yoluxma sayına görə Çini keçib.

Trend-in məlumatına görə, son sutka ərzində ölkədə 6,4 min yoluxma fakt qeydə alınıb.

Bununla da İspaniyada koronavirusa yoluxanların sayı 85 195 nəfərə çatıb.

Eyni zamanda, bu virusdan 7,3 min ispaniyalı vəfat edib. Son sutka ərzində 812 nəfər həyatını itirib.

Qeyd edək ki, bu günə qədər koronavirusa ABŞ-da 142 737, İtaliyada 97 689, Çində isə 81 470 nəfər yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti