...

İndoneziya da sərhədləri bağlayır

Dünya xəbərləri Materials 31 Mart 2020 11:00 (UTC +04:00)
İndoneziya koronavirus pandemiyası ilə əlaqədar bütün əcnəbi vətəndaşlar üçün ölkəyə girişi bağlayır
İndoneziya da sərhədləri bağlayır

Bakı. Trend:

İndoneziya koronavirus pandemiyası ilə əlaqədar bütün əcnəbi vətəndaşlar üçün ölkəyə girişi bağlayır.

Trend-in məlumatına görə, bunu ölkənin Xarici İşlər naziri Retno Marsudi deyib. Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxmanın əsas mənbəyi xarici ölkələr, xüsusilə də Avropa və ABŞ-dan gələnlərdir.

Sərhədlərin bağlı qalacağı müddət açıqlanmayıb.

Qeyd edək ki, bugünədək İndoneziyada 1 414 nəfər koronavirusa yoluxub, 122 nəfər virusun qurbanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti