...

İranda daha 134 nәfәr koronavirusdan öldü

Dünya xəbərləri Materials 3 Aprel 2020 14:08 (UTC +04:00)
İranda daha 134 nәfәr koronavirusdan öldü

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

İranda yeni koronavirus (COVID19) nəticəsində ötәn sutka әrzindә 134 nəfər ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib. Bu barәdә Trend nazirliyә istinadәn mәlumat verib.

K.Cahanpurun sözlərinə görə, ümumilikdә İranda bu virusdan 3 294 nəfər dünyasını dəyişib. Ötәn sutkada 2 715 nәfәrin bu virusa yoluxması tәsdiqini tapıb.

Cahanpur deyib ki, ümumilikdə 53 183 nəfər bu virusa yoluxub vә 4 035 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi 17 935 nәfәrin virusdan sağaldığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti